logo

SOCAR-ın korporativ məlumat bazasına 130 mütəxəssisinin giriş imkanı var

Views: 39

konAzərbaycanın neft-qaz sektorunun inkişafının böyük tarixi olduğunu nəzərə alsaq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Odlar” korporativ məlumat bazasını formalaşdırması 20-25 il vaxt apara bilər.
Bunu bu gün jurnalistlərə SOCAR-ın kadrlar, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şirkətin dəstəyi ilə Bakıda keçirilən “Milli Məlumatlar Bankı NDR-14” beynəlxalq konfransı çərçivəsində deyib.
Onun sözlərinə görə, korporativ məlumat bazasının formalaşdırılması 2008-ci ildən başlayıb və 6 il ərzində aparılmış işlərin nəticəsi deməyə imkan verir ki, bütün məlumatların toplanmasının daha qısa müddətə başa çatdırılması mümkündür.
Məlumatların toplanmasının uzun müddət aparılması ölkədə xeyli sayda yataq və quyuların olması ilə əlaqədardır və müvafiq olaraq böyük həcmdə informasiya mövcuddur. Həmin məlumatlar müxtəlif metodlarla qeydə alınıb və ayrı-ayrı strukturlarda saxlanılır.
X.Məmmədov bildirib: “Bizim 44 800-dən çox quyumuz var və quyuların işi ilə əlaqədar bütün məlumatlar qeydə alınır. Bundan başqa, quyuların qazılması çərçivəsində kəşfiyyat və digər texniki parametrlər üzrə məlumatlar toplanır”.
SOCAR-ın vitse-prezidenti vurğulayıb ki, ictimaiyyət üçün məlumat bazasına giriş məhduddur, lakin bu sahənin mütəxəssislərinin ona giriş imkanı var. Hazırda məlumat bazasına SOCAR-ın 130 mütəxəssisinin giriş imkanı var və bu siyahı genişlənəcək.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart