logo

Rövnəq Abdullayev: SOCAR-ın dizel yanacağı ixracı üçün böyük imkanları var

Views: 65

rovnag-abdullaevAzərbaycan Dövlət Neft Şirkətinin benzin ixracında imkanları məhduddur, deyə Rövnəq Abdullayev jurnalistlərə bildirib.
Rövnəq Abdullayev Qazaxıstanın energetika nazirinin müavini Uzakbay Karabalinin “KazMunayQaz” Milli Neft-Qaz Şirkətinin daxili bazarda benzin qıtlığını aradan qaldırmaq üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlar apardığı barədə bəyanatını şərh edib.
“SOCAR-ın benzin ixracında imkanları məhduddur. Bu da daxili bazarda həmin növ neft məhsulunun istehlakının artması ilə əlaqədardır və yalnız onun kiçik həcmdə ixracı nəzərdə tutulub”.- deyə Abdullayev bildirib.
Ancaq SOCAR rəhbəri əlavə ediv ki, Azərbaycanın SOCAR-ın dizel yanacağı ixracı üçün böyük imkanları var.
Xatırladaq ki, bir qədər əvvəl U.Karabalin bildirmişdi ki, Qazaxıstan Azərbaycan və Türkmənistandan benzin idxalı mümkünlüyü barədə danışıqlar aparır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart