logo

Müstəqillik Şotlandiyaya neçəyə başa gələ bilər? – təhlil

Views: 30

scot

Sabah Şotlandiyada müstəqilliklə bağlı referendum keçiriləcək. Sosioloji sorğuların nəticələri göstərir ki, bitərəf qalana insanların sayı son həftələr minimuma enib və müstəqillik tərəfdarları ilə əleyhdarları arasındakı fərq azalıb. Ona görə də referendumun nəticələri bütün dünyada maraqla izləniləcək.

Qeyd edək ki, Şotlandya Britaniyanın neft çəlləyi hesab olunur. Elə Şotlandiyanın Ümumi Daxili Məhsulunun əsas göstəricilərindən biri də neftdir, ancaq maliyyə bazarından sonra.

Bəs Şotlandiya müstəqillik əldə etsə, nə baş verə bilər? Londonda yerləşən İqtisadi və sosial araşdırmalar institunun ekspertləri hesab edirlər ki, Şotlandiya müstəqillik əldə qazanarsa, təbii ki, Böyük Britaniya ilə ümumi mülkün bölünməsi prosesi başlanmalıdır. Belə olan halda isə məsələ heç də Şotlandiyanın xeyrinə həll olunmayacaq. Edinburqa (Şotlandiyanın paytaxtı) qalan bir qədər valyuta ehtiyatları olsa da, ancaq onun boynuna həmçinin dövlət borcunun yükləri də düşəcək. Çünki rəsmi London 38,5 mlrd dollar həcmində dövlət borcunda olan payın ödənməsini tələb edəcək. Bu tamamilə haqlı tələbdir. Digər ödənişlərlə birgə yeni yaranan gənc Şotlandiyanın dövlət borcu 240 milyard dollara qədər yüksələcək ki, bu da onun illik ÜDM-nə bərabər olar.

Ancaq Şotlandiyanın suverenliyi uğrunda hələ 70-ci illərdən siyasətə qatılanlar hesab edirlər ki, hazırda ölkənin ən pessimist hesablamalara görə çıxarıla biləcək neft ehtiyatlarının həcmi 12-15 milyard bareldir və bu təkcə neft faktorundan asılı olmayan müstəqil ölkənin gələcəyi üçün artıq ən əlverişli platformadır. Həqiqətən aşağıda ÜDM-in strukturuna diqqət yetirdikdə buna əmin olmaq olar.

 scotland

İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart