logo

2013-cü ildə Türkiyə Azərbaycandan 4.1milyard kub metr qaz idxal edib

Views: 151

TANAP-superAnadolu agentliyi xəbər verir ki, 2013-cü ildə Türkiyə 45.2 milyard kub metr qaz idxal edib.
Agentliyin məlumatına görə, Türkiyəyə idxal edilən ümumi qazın 20.7% əhali kateqoriyasının,48.85% elektrik enerjisi istehsalının payına düşüb. Idxal edilən qazın 25.11% ölkənin sənaye sektorunda istifadə edilib.
2013-cü ildə Rusiyanın payına idxal edilən qazın 58%,İranın payına – 19% və Azərbaycanın payına 9% (4,068 milyard kub metr) düşüb. Qalan 14% qaz Əlcazair və Nigeriyanın payına düşüb.
Türkiyə İran ilə 10 milyard kub metr,Rusiya ilə 20 milyard kub metr və Azərbaycan ilə 6.6 milyard kub metr qazın idxalı barədə müqavilələri var.
Bundan əlavə,Türkiyə Əlcazair və Nigeriya ilə müvafiq olaraq 4.4 və 1.2 milyard kub metr mayeləşmiş təbii qazın idxalı barədə müqavilələri var.
Qazın qiymətləri rəsmi açıqlanmır,lakin,Türkiyə KİV-in məlumatına görə,Türkiyə min kub metr İran qazını 490 dollara,min kub metr Azərbaycan qazını 335 dollara,min kub metr Rusiya qazını 425 dollara alır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart