logo

SOCAR 7 ayda dövlət büdcəsinə $1,42 mlrd vəsait köçürüb

Views: 67

pul-chox

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2014-cü ilin iyul ayında dövlət büdcəsinə 149 milyon 294 min manat vəsait ödənilmişdir.Bu, 2013-cü ilin iyul ayı ilə müqayisədə 15 milyon 208 min manat və ya 111,3 faiz çoxdur.

SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 2014-cü ilin yanvar-iyul aylarında büdcəyə 1 milyard 117 milyon 603 min manat vəsait ($1,42 mlrd) ödənilmişdir ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 197 milyon 969 min manat və ya 121,5 faiz çox olmuşdur.

Bundan əlavə, cari ilin iyul ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 261 min manat vəsait köçürmüşdür. Ümumiyyətlə, 2014-cü ilin yanvar-iyul aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 83 milyon 498 min manat təşkil etmişdir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart