logo

İsrail Avropaya qaz tədarükü üçün Misir ilə danışıqlar aparır

Views: 65

israel gas

Avqustun 22-də Bloomberg agentliyi xəbər yaydı ki, Həmas ilə sülh danışıqlarının pozulması fonunda İsrail Misir ilə danışıqlar aparır.

Söhbət Misir vasitəsilə İsrail sahillərində hasil edilən qazın Avropaya tədarükündən gedir.

Ümumilikdə İsrail Avropaya 60 milyard dollar məbləğində qaz ixrac edə bilər.

Noble Energy və Dilek Group British Petrolium,Eni və İspaniyanın Gas Natural şirkətləri ilə Damietti və İdkuda olan LNG zavodlara 180 milyard kub metr qazın tədarükü barədə danışıqlar aparır.

Mütəxəssislərə görə,Damietti zavoduna qaz tədarükü İsraildə LNG zavodu inşa etməkdən daha sərfəlidir.

Misir ilə danışıqlar onu göstərir ki,hazırki siyasi vəziyyətdə Türkiyəyə boru kəmərinin inşası mümkün deyil.

Yeni müqavilə 2014-cü ilin sonuna qədər imzalanmalıdır.

Misirdən İsrail qazı həm Avropa, həm də Asiya bazarlarına yönəldilə bilər.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart