logo

50 ay ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 252 milyon ton neft nəql edilib

Views: 50

btc-scp

2014-cü ilin yanvar-iyununda Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 17 milyon 87.2 min ton neft nəql edilib. Keçən ilin analoji dövrü ilə müqayisədə neft nəqli 3.7% azalıb.

Dövlət Neft Şirkətinin məlumatına görə, 2014-cü ilin iyulunda BTC kəməri ilə 2 milyon 544.06 min ton neft nəql edilib.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (iyun 2006-cı il) 2014-cü il avqust ayının 1-ə qədər BTC-yə 252 milyon 228 min 793 ton neft vurulub.

Boru kəmərinin uzunluğu 1768 km təşkil edir. Kəmərin buraxılış gücü 2010-cu ilin martından 60 milyon ton təşkil edir.

Kəmərin inaşsına çəkilmiş kapital xərclər 2003-2006-cı illərdə $5,4 milyard təşkil edib.Azərbaycan bu layihəyə $297 milyon nəğd sərmayə yatırıb (qalan hissəsi bank kreditləri vasitəsilə həyata keçirilib) və bu il BTC-nin fəaliyyətindən qazanılmış dividendləri ümumilikdə $1 milyard dollar təşkil edəcək. Bu vəsaitin yarıdan çoxu Neft Fonduna daxil olmuşdu. Hazırda isə dividendlər SOCAR-ın hesabına köçürülür.

Layihənin iştirakçıları: BP (30,1%); SOCAR (25%); Chevron (8,9%); Statoil (8,71%); TPAO (6,53%); Eni (5%); Itochu (3.4%); ConocoPhillips (2,5%); INPEX (2,5%), Total (5%) və ONGC (2,36%).

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart