Xorvatiyanın baş naziri Zoran Milanoviç bildirib ki, ölkəsi “Cənub Axını” layihəsinin problemləri ilə birbaşa bağlı deyil və məsləsnin həlli Rusiyadan asılıdır.
İlkin planlarına görə, Xorvatiyaya qonşu Serbiyadan “Cənub Axınından” ayrılma kəmər inşa ediləcək. Rusiya və Xorvatiya 2010-cu ildə Xorvatiyanın layihəyə qoşulması barədə hökümətlərarası sazişi imzalamışdılar.
“Boru kəmərinin marşrutu planlaşdırlıb və Xorvatiyadan yan keçir. Biz isə Trans-Adriatik qaz kəməri üzərində çalışırıq və bizim üçün bu layihə prioritet xarekter daşıyır. “Cənub Axınına” gəldikdə isə kəmərdən bir ayrılma xətti inşa ediləcək və onun gücü Rusiya tərəfindən asılı olacaq”, – deyə Milanoviç bildirib.
Ötən həftə Aİ-nın energetika üzrə komissarı Günter Ettinqer bildirib ki,”Cənub Axını” layihəsi AB-nin üçüncü enerji paketi tələblərinə cavab verməyənə qədər inşası dayandırılmalıdır. AB hesab edir ki, hasilatçı şirkət eyni zamanda boru kəməri sahibi və satıcı şirkət ola bilməz.“Qazprom” isə hesab edir ki, AB bu şəkildə Rusiya şirkətinə qarşı ayrı-seçkilik siyasəti yeridir.