2012-ci il ilə müqayisədə 2013-cü ildə Gürcüstanın Neft və Qaz Korporasiyasının xalis mənfəəti 16% artaraq 94.293 milyon lari təşkil edib. Müfaviq maliyyə hesabatı KPMG beynəlxalq audit şirkəti tərəfindən hazırlanıb.
2013-cü ildə şirkətin gəliri əvvəlki illlərlə müqayisədə 9% artaraq 325,761 milyon lari,əməliyyat gəliri 21% artaraq 100,359 milyon lari, EBITDA üzrə göstərici 104,694 milyon lari təşkil edib.
Şirkətin təbii qaz satışından xalis gəliri 2013-cü ildə 4%,magistral qaz kəmərləri ilə qaz nəqlindən gəliri 8%,neft nəqlindən isə gəlirləri 3% artıb.
2013-cü ildə korporasiyasının prioritetlərindən biri Qardabani istilik elektrik stansiyasının tikintisi idi. Tikintinin 2015-ci ildə başa çatması gözlənilir. Layihəyə 200 milyon lari xərclənib və stansiyanın inşası başa çatdıqdan sonra şirkətin EBITDA üzrə göstəricisi 50% artıb.