“Günəşli” yatağında quraşdırılması nəzərdə tutulan Qazlift Kompressor Stansiyasının inşası artıq başa çatmaq üzrədir.
Trend SOCAR-a istinadən xəbər verir ki, inşaat işlərinin sifarişçisi ”Azneft” İstehsalat Birliyinin 28 May adına Neft Qazçıxarma İdarəsi, podratçısı isə “Neftqaztikinti” Trestidir.
Dənizin 87 metr dərinliyində quraşdırılacaq stansiyanın məhsuldarlığı 3 milyon kubmetr/gün təşkil edir. Hər birinin çəkisi 6000 ton olan piramida tipli 2 dayaq blokundan ibarət stansiyada artıq 8 ədəd kompressor, 2 ədəd hava soyuducusu, 12 ədəd qaztənzimləyici, quruducu, hava qəbuledicisi, 1 ədəd dizel mühərrikli generator, 2 ədəd transfarmator, 12 ədəd idarəetmə otağı, eyni zamanda daşıyıcı göyərtə, 4 ədəd metal lövhə və həmin lövhələr üzrə müxtəlif diametrli boru xətləri quraşdırılmışdır.
Qazlift Kompressor Stansiyası istismara verildikdən sonra ”Günəşli” yatağındakı platformalarda qazlift sistemi tənzimlənəcək, eləcə də atmosferə atılan qazların yığılaraq nəql olunması həyata keçiriləcəkdir. Hazırda stansiyada son tamamlama işləri aparılır.