2021-ci ilə qədər İran ərazisində Karun çayının sağ sahilində olan birgə yatağlar üzrə xam neft hasilatı gündə 1.4 milyon barel təşkil edəcək. Bu barədə İran milli neft şirkətinin birgə layihələrin həyata keçrilməsinin iqtisadi və maliyyə cəhətdən öyrənilməsi departamentin hesabatında bildirilir.
Hesabatda bildirilir ki,bu gün həmin rayonda qara qızılın hasilatı gündə 300 min bareldir. Bundan əlavə həmin yatağlarda gündə 28.3 milyon kub metr qaz hasil ediləcək. Hasil edilən qaz qaz emalı zavodlarını xammal ilə təchiz edəcək və ixraca yönəldiləcək.
Hesabatda deyilir ki,növbəti 3 il ərzində yatağların inkişaf layihəsinə üyğun olaraq 550 min barel neft və 9.5 milyon kub metr təbii qaz hasil ediləcək.
Bu layihələrin həyata keçrilməsinə $12,5 milyard sərmayə yatrılacaq.