Türkmənistan prezidenti Qurbanqulu Berdumuhammedov Elmlər Akademiyası nəzdində günəş enerjisi İnstitutunun yaradılması barədə sərancam imzalayıb.
Sərancama uyğun olaraq Türkmənistan Elmlər Akademiyasına tapşırılıb ki, bir ay ərzində günəş enerjisi İnstitutunun əsasnaməsini təsdiq edilsin.
2012-ci ildə xəbər verilmişdi ki, Türkmənistan Elmlər Akademiyası günəş enerjisindən istifadə etməklə kvars qumundan texniki silsium alıb. Bundan başqa,ölkə alimləri tərəfindən səhra şəraitində uzaq otlaqları su və enerji ilə təmin etmək üçün günəş-külək sistemi quraşdırılıb.
Beynəlxalq ekspertlərin fikrincə Türkmənistanda ixrac üçün günəş bateriyalarının istehsalı təşkil olun bilər.
Türkmənistanın təbii iqlim şəraiti günəş və külək enerjisindən demək olar ki, bütün il boyu istifadə etməyə imkan verir.
Türkmənistanda iyunda günəşli gün 16 saat çəkir. Bir kvadrat metr üzərinə düşən günəş şüalarının enerjisi 800 vat edir. Ölkədə ildə təxminən 300 günəşli var və il ərzində günəşli günlərin davamlılğı 2500-3000 saat təşkil edir.