logo

SOCAR-ın Türkiyədəki layihələrinə 2015-ci ilə qədər $5 mlrd sərmayə yatırılacaq

Views: 99

Presentation1-400x300

Bu barədə “SOCAR Turkey Enerji” şirkətinin rəhbəri Kənan Yavuz bildirib. “Bu günə qədər şirkət Türkiyədəki layihələrinə 3,5 mlrd. dollar investisiya qoyub. Bu ilin sonuna qədər isə daha 1 mlrd. dollardan çox investisiya yatırılması planlaşdırılır”, – deyə o qeyd edib.

O qeyd edib ki, Trans-Anadolu qaz kəməri (TANAP) nəzəri alınmaqla bütün sərmayələrin həcmi $20 milyarddır. Həyata keçrilən layihələr: STAR neft emalı zavodu, konteyner limanı (Petlim) və elektrik stansiyasıdır.

Kənan Yavuz həmçinin bildirib ki, 6 iyunda  STAR neft emalı zavodunun maliyyələşdirilməsinə dair kommersiya bankları ilə kredit sazişi imzalanacaq. Onun sözlərinə görə, 2015-ci ilin avqust-sentyabrında şirkət konteyner limanını və 51 MVt gücündə külək elektrik stansiyasını istismara verməyə planlaşdırır.

Yavuz qeyd edib ki, “SOCAR Turkey Enerji” Trans-Anadolu qaz boru kəməri boyunca uzunluğu 1900 km olan fiber optik kabel xəttinin çəkilməsinə də icazə alıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart