“Qazaxıstan Xəbərləri” İA Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb ki,Qazaxıstan OPEK ilə əməkdaşlığı genişləndirəcək.
Qazaxıstanın beynəlxal təşkilatlarda daimi nümayəndəsi Kayrat Sarıbay Vyanada OPEK-in baş katibi Abdalla Salem Əl-Badri ilə görüşüb.
Məlumatda bildirilir ki, “Tərəflər qlobal enerji sahəsində əməkdaşlıqda Qazaxıstanın rolunu, ikitərəfli əməkdaşlığın perspektivlərini və OPEK-in neft və qlobal enerji bazarında mövcud vəziyyəti sabitləşdirmək üçün fəaliyyətini müzakirə ediblər”.
Baş katib enerji bazarında olan mövcüd vəziyyət haqqında məlumat verərək bildirib ki,OPEK neft hasilatını 30 milyon barel səviyyəsində saxlayacaq.
Qazaxıstan nümayəndəsi Əl-Badrini cari ilin 27 noyabrında Astanada baş tutacaq 25-ci Enerji Xartiyası Konfransına dəvət edib.