Təbii inhisarların tənzimlənməsi agentliyindən verilən məlumata görə,iyulda Qazaxıstanda yanacaq qiymətlərində artım olmayacaq. “Cari ilin iyul ayında neft məhsullarının pərakəndə satış qiymətlərində dəyişikliklər gözlənilmir”, – məlumatda deyilir.
Qazaxıstanda Aİ-80 benzininə və Aİ-92/93 dizel yanacağlarına dövlət tənzimlənməsi tətbiq edilir. AI 95-96 və Aİ-98 benzinləri dövlət tərəfindən tənzimlənmir və qiyməti bazarda rəqabət əsasında formalaşır. Cari qiymətlər aşağıdakı ölçülərdə müəyyən edilib : 102 tenge AI-80 benzinin hər litrinə,89 tenge AI – 92 benzinin hər litrinə, 115 tenge Aİ-98 benzinin hər litrinə.