İranın Tasnim agentliyinin verdiyi xəbərə görə, neft naziri Bijan Namdar Zanqane neft və qaz yataqlarının inkişafının dayandırılması barədə sərancam verib.
İranlı deputat Səid Heydəri isə öz növbəsində bildirib ki,ölkəsi müştərək yataqların işlənməsinə diqqət ayıracaq.
Deputat həmçinin əlavə edib ki, İranın neft yataqlarının işlənməsinə cəlb edilmiş podratçılarla imzalanmış bütün müqavilələri ləğv ediləcək.
Deputat həmçinin qeyd edib ki,İran cərimələri kompensasiya etməyə hazırdır.
Bundan əvvəl isə İran KİV xəbər yaymışdılar ki,Tehran artıq İraq ilə birgə yataqların işlənməsinə 4.4 milyard sərmayə yatırıb.
Karoun çayının qərb sahilindəki yataqların işlənməsi İran neft nazirliyinin əsas prioritetlərindən biridir.
Bütün bu neft yataqları istismara veriləndən sonra, ölkənin neft hasilatı imkanına gündə bir milyon barel neft əlavə olunacaq.