“Reuter`s” agentliyi Türkiyə rəsmilərinə istinadən xəbər verir ki, Amerikanın ExxonMobil şirkəti Türkiyənin “Turkish Petroleum Corporation” (TPAO) şirkəti ilə birgə müəssisə yaratmaq barədə danışıqlar aparır.
Türk rəsmisi bildirib ki,birgə müəssisə ölkənin cənub-şərqində və şimal-qərbində sist qaz kəşfiyyatı ilə məşğul olacaq.
Exxon TPAO ilə birlikdə 2012-ci ildən danışıqlar aparırdı,anacaq danışıqlar nəticəsiz bitmişdi. O vaxtdan bəri danışıqlarda irəliləyiş baş verib və şirkətlər razılaşmaya çox yaxındırlar.
Türkiyə illik $ 60 milyard təşkil edən enerji xərclərini azaltmaq üçün atom,kömür,külək və günəş günəş enerjisindən istifadə etmək niyyətindədir.
Türkiyədə şist qazın axtarışı ilə ABŞ,Kanada və Avropadan olan investorlar maraqlanır. Energetika nazirliyi onlarla oktyabrda İnjedalcidə müzakirələr aparılacaq.
Royal Dutch Shell və Kanadanın TransAtlantic Petroleum şirkətləri artıq türkiyənin cənub-qərbində şist qaz quyuları qazırlar. Ölkədə ehtiyatların həcmi güclü surətdə dəyişir : 20 trilyon kub metrdən 6-7 milyard kub metrə qədər.