2014-cü ilin yanvar-mayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru xətti ilə nəql olunmuş Azərbaycan neftinin həcmi 11 milyon 703 min 142 ton təşkil edib. Bu barədə məlumatı Dövlət Neft Şirkəti (SOCAR) yayıb.
Keçən ilin eyni dövründə isə nəqlin həcmi 12 milyon 636 min ton 425 ton olub. Beləliklə, BTC ilə neftin nəqli keçən ilin analoji dövrü ilə müqayisədə 3.46% azalıb.
Cari ilin may ayında BTC ilə 2 milyon 725 min 177 min ton neft nəql edilib.
Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı ilin mayından) 2014-cü il iyun ayının 1-ə qədər Ceyhan limanından 244 milyon 847 min 56 ton neft dünya bazarlarına yola salınıb.
BTC Co şirkətinin səhmdarları aşağıdakı şirkətlərdir: BP (30,1%), SOCAR (25%), Chevron (8ç9%), Statoil (8,71%); TPAO (6,53%); ENI (5.00%); Itochu (3,40%); ConocoPhillips (2,5%); INPEX (2,5%), Total (5%) və ONGC (2,36%).