Çərşənbə günü ABŞ qanunvericiləri Birləşmiş Ştatlardan mayeləşmiş təbii qazın(LNG) ixracı prosedurunu sadələşdirən qanun layihəsini dəstəkləyiblər. Mövcüd qaydalara görə,ABŞ Energetika Nazirliyi LNG ixracı tələbinə 90 gün ərzində baxmalıdır. Yeni qanun layihəsində isə bu müddət 3 dəfə azaldılaraq bir ay edilib.
Eyni zamanda ABŞ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birlikdə Kiyevin xahişi əsasında “Naftoqaz” şirkətinin və Ukraynanın boru kəmər sistemlərinin restrukturizasiya planını hazırlayırlar. Bu barədə ABŞ dövlət departamentinin nümayəndəsi Daniel Rizenblyum bildirib.
Bundan əlavə ABŞ Kiyevə rusiya qazının revers tədarükünü təşkil edilməsində “diplomatik yardım” göstərir. Ancaq ABŞ diplomatının sözlərinə görə bu prosesdə əsas rolu Avropa Birliyi oynayır. O həmçinin bildirib ki,ABŞ admistrasiyası Konqressdən Avropa və Avrasiyaya yardım proqramı çərçivəsində 625.3 milyon dollar yardım ayrılmasını xahiş edib.Həmçinin o qeyd edib ki,Ukrayna böhranı ilə əlaqədar olaraq ABŞ son aylarda müxtəlif proqramlar artıq əvvələr təsdiq olunmuş maliyyə yardımından $131 milyon ayırıblar.