Azərbaycanla Vyetnam arasında neft əlaqələrinin hazırkı durumuna toxunan Dövlət Neft Şirkətinin (SOCAR) 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə ANS TV-yə bildirib ki, hər il müəyyən qədər xam neft satırıq onlara.
Onun sözlərinə görə, 2013-cü ildə Azərbaycan 350 min ton neft ixrac edib Vyetnama. “Bu ilin dörd ayında isə Vyetnama 100 min ton neft satmışıq artıq”, – deyə Yusifzadə qeyd edib.
Daha sonra Yusifzadə bildirib ki, SOCAR-ın PetroVyetnam şirkəti ilə olan müqaviləsinə əsasən qurudakı “Muradxanlı” yatağının işlənməsinə dair bir anlaşması vardı. Ancaq o çox mürəkkəb yataq olduğundan birgə fəaliyyətimiz baş tutmadı.