Bu gün Astanada Rusiya, Belarus və Qazaxıstan dövlət başçıları Avrasiya İqtisadi İttifaqının (AAİİ) yaradılması haqda Sazişi imzaladılar. Sənəd 2015-ci il yanvar ayının 1-dən hüquqi qüvvəyə minir. Ancaq Moskvadakı ekspertlər belə, praktikada AAİİ bir müddət sonra reallaşacağını düşünürlər, çünki bir sıra məsələlər var ki, onların həlli üçün zaman gərəkdir.
AAİİ əsas ideyası biznes üçün bazarların genişləndirilmə imkanları və məkanıdır. Buraya maliyyə, məhsul, xidmət və əmək bazarları nəzərdə tutulur. Hesab edilir ki, bu bazarların imkanlarından istifadə və oradakı mal və xidmətlərin dövriyyəsinin genişləndirilməsi AAİİ digər bazarlarla və ölkələrlə rəqabətdə ən başlıca üstünlüyü olmalıdır.
Bu ideyanın təşəbbüsü Rusiyadan gəlib və Rusiya-Belarus ikitərəfli əlaqələrindən doğub. Ancaq AAİİ-ə gedən yol heç də hamar olmayıb. Rusiya hökumətindəki mənbənin RBC-ya verdiyi məlumata görə, may ayında hökumətlərarası ikitərəfli danışıqlar həftədə iki dəfədən az olmayaraq düz 10 saat çəkirmiş. Belarus nümayəndə heyəti ciddi-cəhdlə öz maraqlarından çıxış edir və onu qorumağa şalışırdı. Və demək olar ki, sonda buna nail olub da. Məsələn, bu qurumda 3 dövlət iştirak etsə də, Belarusun təkidi ilə neftlə bağlı məsələlərdə xüsusi bənd əlavə edilib və orada ikitərəfli Rusiya-Belarus əlavəsinə göstəriş var. Bu da ondan ibarətdir ki, uzun müddət bu iki dövlət arasında Rusiya neftinin xüsusi tariflərlər Belarusda emalı və sonradan ixracı məsələləri mövcuddur.
O ki, qaldı digər məsələlərə, onların o qədər də əhəmiyyəti olmayaq reallıqda. Məsələn, AAİİ Avropa Birliyindəki kimi əmək potensialından sərhəd tanımadan istifadə edilməsi məsələsini gündəmkə gətirir. Ancaq reallıq bundadır ki, hazırda Rusiyanın belarus və qazaxlarla bağlı miqrant problemi yoxdur, bu ölkələrin əhalisi iş axtarmaq üçün Rusiyanın əmək bazarını nə “ələk-vələk” eedirlər, nə də Rusiyanın höhumət orqanlarına bir problem yaradırlar. Elə Rusiya Federasiyasının vətəndaşları da bu ölkələrə iş dalınca getmək fikrində deyilllər.
Ancaq nəqliyyat sektorunda AAİİ böyük üstünlüklərə malikdir və həqiqətən rəqabət yarada bilər digər nəqliyyat dəhlizləri ilə. Məsələn, Çindən Qazaxıstana daxil olan yük vaqonu bir də Avropa Birliyinin sərhədindəki gömrük orqanlarında yoxlanılacaq və butun yol boyu dayanmadan hərəkət edə bilər. Həmin yükün Mərkəzi Asiya ölkələrindən keçərək Xəzər dənizindən bərə ilə Azərbaycana və oradan hazırda layihə şəklində olan Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya çatdırılması isə təqribən 4 dəfə gömrük məntəqəsində yoxlamadan keçmə deməkdir. Bu isə təkcə vaxt itkisi demək deyil.