SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) qazma idarələri 2014-cü ilin yanvar-aprel aylarında qazma işlərinin həcmini 2013-cü ilin analoji dövrü ilə müqayisədə 19,7% – 46,587 min metrədək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Kəşfiyyat qazma işlərinin payı 922 metr (azalma 4,1 dəfə), istismar qazma işlərinin payı 46,665 min metr (azalma 15,8%) təşkil edib.
2014-cü ilin aprel ayında qazma idarələrinin həyata keçirdiyi işlərin həcmi 12,81 min metr təşkil edib. Bunun 12,479 min metri istismar, 331 metri kəşfiyyat qazma işlərinin payına düşüb.
Xəbər verildiyi kimi, 2013-cü ildə SOCAR üzrə qazma işlərinin həcmi 142,656 min metr, o cümlədən istismar qazma işlərinin həcmi 135,665 min metr, kəşfiyyat qazma işlərinin həcmi 6,991 min metr təşkil edib.