logo

SOCAR Xəzərdəki yataqlarda ekoloji monitorinq aparır

Views: 86

xezer1Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Xəzərin Azərbaycan sektorundakı “8 Mart” və “Səngəcal-Duvvanı-Xərə-Zirə” yataqlarında ətraf mühitin vəziyyətinin monitorinqini həyata keçirib.

SOCAR mətbuat xidmətinin məlumatına görə, monitorinqlər zamanı layihə üzrə seçilmiş stansiyalarda su nümunələri götürülüb, həmin nümunələrdə hidrogen ionlarının qatılığı (pH), oksigenin miqdarı, suyun duzluluğu, elektrik keçiriciliyi və temperaturu gəminin laboratoriyasındakı “Professional Plus” (ABŞ) çoxrejimli analitik cihazla təyin olunub.

Bundan başqa, yataqlarda mövsümlər üzrə dinamikanın öyrənilməsi məqsədilə dəniz dibindən çöküntü və bentos nümunələri, dəniz suyundan fitoplankton və zooplankton nümunələri götürülüb, gəminin laboratoriyasında konservasiya edilib, qablaşdırılıb və Ekologiya İdarəsinin sahildə yerləşən Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib. Monitorinq zamanı stansiyalarda dəniz axınlarının sürət və istiqaməti müasir tipli “3D-ACM-7000” cihazı vasitəsi ilə ölçülüb.

Aparılacaq analitik tədqiqatlardan sonra ətraf mühitin vəziyyəti barədə monitorinq hesabatı hazırlanacaq. Ekoloji monitorinq işlərinin digər dəniz yataqlarında da davam etdirilməsi nəzərdə tutulur.

 

 

 

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart