logo

SOCAR “Neft Daşları”ndan Çilov adasına sualtı kabel xətti çəkəcək

Views: 116

n-dSOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) “Neft Daşları”ndan Çilov adasına sualtı kabel xətti çəkməyi planlaşdırır. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.

35 kV-luq sualtı kabel xətti “Neft Daşları”ndakı Qazturbinli Elektrik Stansiyasını (QTES-48) Çilov adası ilə birləşdirəcək.

Bu layihənin məqsədi Çilov adasının fasiləsiz elektrik enerjisi ilə təmin olunmasıdır. Kabel xəttinin uzunluğu 24,2 kilometr təşkil edəcək və dənizin 22-28 metr dərinliyində çəkiləcək.

Çəkiləcək kabel xətti Finlyandiyanın “NOKİA” firmasının istehsalıdır. Kabelin alınması üçün SOCAR-ın “Neftqaztikinti” Tresti ilə “Leon Commrez AG” şirkəti arasında alqı-satqı müqaviləsi imzalanıb.

SOCAR-ın məlumatına əsasən, hazırda Çilov adasının elektrik təchizatı Dübəndidəki 110/35 kV-luq yarımstansiyadan dənizin üzəri ilə çəkilmiş 30,5 kilometr uzunluqlu elektrik ötürücü hava xətti vasitəsilə həyata keçirilir. Lakin 1986-1992-ci illərdə tikilmiş Damba-Çilov 110/35 kV-luq elektrik ötürücü hava xətti uzun müddət istismar olunduğundan burada qəza halları tez-tez baş verir.

Çilov adası Xəzər dənizində yerləşir, sahəsi 6 kvadrat kilometrə bərabərdir, Abşeron arxipelaqında adadır. Adanın şərq sahilində “Jiloy” qəsəbəsi yerləşir. Həmçinin adada “Çilov” yatağı yerləşir. Bu yatağın sənaye işlənməsi SOCAR tərəfindən 1952-ci ildən etibarən həyata keçirilir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart