Sabah Rusiya prezidenti Vladimir Putinin Çinə rəsmi səfəri başlayacaq. Müzakirə ediləcək əsas mövzülardan biri qaz məsələsdiri ki, bununla bağlı danışıqlar 10 ildən artıq davam edir.
Qazprom rəhbəri Aleksey Miller bildirib ki, ”müqavilə sənəd kimi hazırdır.Yanlız bir sual qalır. Qazın başlanğıc qiyməti. Formulada baza qiyməti Çinli tərəfdaşlarımızla razılaşıdırlıb. Buna görə də bir rəqəm müəyyənləşdikdən sonra Şərqi Sibirdən 38 milyard kub metr qazın Çinə tədarükü barədə saziş imzalanacaq”.
Onun sözlərinə görə 38 milyard ancaq başlanğıcdır. ”Çünki biz şərq marşrutu üzrə müqaviləni imzaldıqdan sonra qərb marşrutu üzrə danışıqlara başlayırıq. Lakin burda bir prinsipial fərq var: Bu Avropaya qaz tədarük edilən eyni resurs bazasıdır”.
Qazprom rəhbərinin sözlərinə görə,”resurs bazası nəhəngdir və biz Çinə orta müddətli perspektivdə Avropaya ixrac edilən həcmlər qədər qaz tədarük edilə bilərik”.