Qazaxıstanın “Kəşfiyyat Qazma KazMunayGaz”-ın gəliri 2014-cü ilin 3 ayı ərzində $1,301 milyard təşkil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 9% çoxdur.
Bununla belə şirkətdə bildiriblər ki,2014-cü ilin ilk 3 ayı ərzində Brent markalı neftin qiyməti keçən ilin analoji dövrünün $112,6 ilə müqayisədə 4% azalaraq $108,2 təşkil edib.
Mətbuat xidmətinin məlumatında bildirilir ki,2014-cü ilin 3 ayında şirkətin xalis mənfəəti $727 milyon olub.
Şirkətin məlumatına görə,2014-cü ilin birinci rübündə istehsal xərcləri $258 milyon təşkil edib.
KQ KMG Qazaxıstanın 3 ən böyük neft istehsalçılarından biridir.Şirkətin karbohidrogn hasilatı 2013-cü ildə 12,4 milyon ton ( 251,000 barel ) təşkil edib.