logo

“Günəşli” yatağındakı 220 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

Views: 71

guneshliAzərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağında yeni-yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır.

SOCAR-ın yayadığı məlumata görə, yatağın işlənməsini həyata keçirən “28 May” NQÇİ-də bu istiqamətdə ciddi tədbirlər görülür.

Bu günlərdə “Günəşli” yatağındakı 15-ci özüldə 220 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir. Quyu Fasilə Lay Dəstəsindən 3086-3060 metr intervaldan qaz-lift üsulu ilə sutkalıq 75 ton neft, 18000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart