Dünyanın ən böyük neft şirkətlərindən olan Exxon Mobilin 2014-cü ilin birinci rübündə gəliri neft hasilatının azalması səbəbindən 4% azalıb.
Şirkətin press-relizində bildirilir ki, yanvar-martında onun xalis gəliri $9,1 milyard, bir səhmə düşən gəlir isə $2,1 təşkil edib. Şirkətin gəliri bir əvvəlki mmüvafiq dövrdə $108,357 milyarda qarşı $106,773 milyard olub.
Exxon Mobil ilin birinci rübündə neft hasilatını 5.65 azaldaraq gündə 4.151 milyon təşkil edib. Təbi qaz hasilatı gündə 12.016 kub fut olub. Ümumi kapital xərcləri keçən rübdə 28% azalaraq $8,4 milyard təşkil edib. Keçən rübdə Exxon $3 milyard məbləğində öz səhmlərini geri alıb. Birinci rüb üzrə dividendlər hər səhm üzrə $0.63 olub.
Exxon Mobil MDB-də Rusiya, Qazaxıstan və Azərbaycan daxil olmaqla 30-dan artıq ölkədə kəşfiyyat və hasilat işi həyatı keçirir və 37 NEZ-da paya malikdir. 2010-cu ildə XTO Energy şirkətini aldıqdan sonra ABŞ-da ən böyük qaz hasilatçısına çevrilib.