Almaniyanın enerji konserni E.On mayeləşmiş təbii qaz tədarükü barədə Qatarın RasGas şirkəti ilə müqavilə imzalayıb. Reuter`s xəbər verir ki, 3 il üçün imzalanmış müqaviləyə əsasən, Böyük Britaniyadakı terminala 2 milyard kub metr qaz tədarük ediləcək. Müqayisə üçün deyək ki,Almaniyanın illik qaz istehlakı 100 milyard kub metr təşkil edir.
Açıqlanan press-relizdə E.On şirkətinin direktrorlarından biri Kristofer Delbryuk imzalanmış müqaviləni həm konsernin gələcək böyüməsi, həm də Qatar ilə uzunmüddətli əməkdaşlıq üçün “böyük addım” adlandırıb.
Sənəddə qeyd olunduğu kimi E.On enerji mənbələrinin diversifikasiyasına çalışır. İndiyədək şirkət üçün əsas tədarükçüləri Rusiya və Norveç idi.