SOCAR bu yaxınlarda Ümid-Babək dəniz bloku üzrə tender elan edəcək. Bu haqda ANS TV-nin “Hesabat” verilişində çıxış edərkən Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Yusifzadə Azərbaycan Prezidentinin Vyetnama rəsmi səfərinə toxunaraq bildirib ki, danışıqlar zamanı “cənab İlham Əliyev və eyni zamanda o, təklif etdik ki, tenderdə iştirak edə bilərsiz”.
Yusifzadənin sözlərinə görə, vyetnamlıların “bizlə birgə işləməyə çox həvəsləri var”.
SOCAR-ın 1-ci vitse-prezidenti xatırladıb ki, hələ 1959-cü ildə Vyetnam lideri Bakıda olanda neft sənayesinin inkişafı ilə bağlı köməklik göstərilməsini xahiş etmişdi. O zaman Vyetnamda dənizin dərinliyi 40 metr olan yerdə birinci özülü azərbaycandan olan neftçilər tikib. Cin dənizində sahildən 105 metr məsafədə yerləşən özül də azərbaycandan olan neftçilərin əməyinin məhsuilu idi.
Yusifzadənin sözlərinə görə, Sovet vaxtı vyetnamlıların çoxu Bakıda oxuyublar. İndi onlar orada böyük vəzifələr tuturlar. Aralarında nazir, nazir mavini olan var. Cənab prezident İlham Əliyev orada Azərbaycanda təhsil almış tələbələrlə görüş kecirdi. Göruş yüksək səviyyədə oldu.