Cari ilin ilk dörd ayının yekunlarına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Novorossiysk limanından dünya bazarlarına 338 min 812 ton neft çıxarıb.Bu barədə SOCAR-ın mətbuat xidməti rəsmi məlumat yayıb. Həmin xammal bazarlara Bakı-Novorossiysk boru xətti ilə yola salınıb.
Qeyd edək ki, 2013-cü ilin yanvar-aprel aylarının göstərciləri ilə müqayisədə (570,5 min ton) Rusiya üzərindən ixrac edilən Azərbaycan neftinin həcmi 40,6% azalıb.
2014-cü ilin aprel ayında SOCAR Novorossiysk limanından 84 min 482 ton Azərbaycan nefti yola salıb.
SOCAR 2014-cü ildə Bakı-Novorossiysk boru kəməri cəmi 1 mln. 20 min ton neft ixrac etməyi planlaşdırır, halbuki ötən il bu göstərici 1 mln 750 min ton olmuşdu.
2014-cü il fevralın 18-də SOCAR və “Transneft” arasında Azərbaycan neftinin Bakı- Novorossiysk kəməri ilə nəqlinə dair qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb. Müqavilə 2014-cü ilin sonuna qədər olan müddət üçün nəzərdə tutulub.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ildə Bakı- Novorossiysk kəməri ilə 1 mln. 750,063 min ton neft ixrac edilib.