Çərşənbə günü mətbuat konfransında Avropa Komissiyasının vitse prezidenti Xoakin Alumuniya bildirib ki, Avropa Komissiyası (AK) AB vahid enerji bazarının yaradılması dəstəkləyir və bu məsələdə irəliləyişə ümid edir.
Avropa enerji birliyinin yaradılması təklifi ilə Polşanın baş naziri Donald Tusk çıxış edib.Onun fikrincə bu mexanizm Rusiyanın Avropa bazarında inhisarçı enerji tədarükçüsü mövqeyinə alternativ olmalıdır.
Tuskun təklifini Avropa şurasının sədri Herman Van Rumpey və Fransa prezidenti Fransua Olland dəstəkləyib. Enerji ittifaqı yaratmaq təklifi iyunda Avropa Şurasının zirvə sammitinin gündəliyinə çıxarılacaq.
Bu hələ yaradılmamış ittifaqa Ukraynada daxil olmaq istəyir.Bu barədə mayda Ali Radada Ukraynanın baş naziri Arseni Yatsenyuk ifadə edib.