Özbəkistanın “Özbəkneftqaz” şirkətinin idarə heyətinin sədri Şokir Fayzullayev beynəlxalq neft-qaz konfransında bildirib ki, 2020-ci ilə kimi ölkəsi maye karbohidrogen hasilatını 3.5 milyon tona, qaz hasilatını isə 66 milyard kub metrə çatdırmaq istəyir.
Onun sözlərinə görə, 2020-ci ildə qaz ixracatı ölkə daxilində enerji və qaz qənaəti hesabına 20% artacaq. Gözlənilir ki, 2020-ci ilə kimi ölkənin sənaye sahələri tərəfindən qaz istehlakı 2013-cü illə müqayisədə 5-7% azalacaq.
Özbəkistanda 2013-cü ildə karbohidrogen hasilatı haqqında məlumatlar açıqlanmayıb.
Rəsmi statistikaya görə, 2012-ci ildə ölkədə 3.165 milyon maye karbohidrogen və 62.911 milyard kub metr təbii qaz hasil edilib.