logo

2018-ci ilə qədər “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin bir hissəsinin yenidən qurulacaq

Views: 88

truba3

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2018-ci ilə qədər “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin bir hissəsinin yenidən qurulmasını başa çatdırmağı planlaşdırır. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.

“Söhbət uzunluğu 210 kilometr olan hissənin yenidən qurulmasından gedir. Bu işlərin həyata keçirilməsində məqsəd Hacıqabul, Kürdəmir, Ağsu, Göyçay, Ağdaş və Yevlax rayonlarına itkisiz və fasiləsiz qaz ötürülməsini təmin etməkdir. Boru kəmərində tikinti-quraşdırma işləri 4 il müddətində tamamlanmalıdır”, – deyə məlumatda qeyd olunur.

Hazırda kəmərin Göyçay rayonu ərazisindəki 114-138 kilometrlik hissəsində işlər davam etdirilir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart