logo

TANAP layihəsinin 2014-də maliyyələşdirilməsinin azalması aydınlaşdı

Views: 30

tanap-super

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2014-cü il büdcəsinə edilən dəyişikliklərlə TANAP qaz kəmərinin maliyyələşdirilməsində hər hansı maliyyə problemlərinin olması ilə bağlı söhbətlərin heç bir əsası yoxdur. Bunu Caspian Barrel-ə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirdilər.

Mənbənin sözlərinə görə, bu sadəcə layihə-smeta işləri üzrə aparılan real dəqiqləşdirmələrdən sonra ortaya çıxan rəqəmdir.

Öz növbəsində Neft Fondundakı qaynaqlardan  Caspian Barrel-ə məlum olub ki,

Fond birbasa öz vəsaiti ilə TANAP-ın maliyyələşdirilməsində iştirak etməyəcək. Bunun mexanizmləri bir qədər sonra açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin dünən imzaladığı Fərmanla ARDNF-ın cari il üçün büdcəsinə dəyişikliklər edilib. Bu dəyişikliklərin əsas hissəsi çari il üçün

“TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi” ilə bağlı xərc maddəsi (800 milyon manat) “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi” ilə əvəz edilmiş və qeyd edilən  maddə üzrə məbləğ 40,1 milyon manat müəyyən edilmişdir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart