RİA Novosti agentliyi məlumat verir ki, Rusiyanın LUKoil şirkəti İraqın Qərbi Kurna-2 yatağında neft hasilatına başlayıb.
Ehtimal edilir ki, ilin sonuna qədər şirkət neft hasilatını gündə 400 min barelə qədər artıracaq, 2016-cı ilin sonunda isə bu göstərici 1 milyon bareli ötəcək.
Hasilata başlama mərasimində Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç, İraqın energetika üzrə baş nazirinin müavini Hüseyn Əl-Şəhristani və LUKoil şirkətinin prezidenti Vahid Ələkbərov iştirak ediblər.
Qərbi Kurna-2 neft yatağı 14 milyard barel neft ehtiyatı ilə İraqın cənubunda Bəsrə şəhərindən 65 km şimal-qərbdə yerləşir.