“LUKoil” bildirir ki, şirkət Qazaxıstnadakı “Caspian Investment” şirkətində olan 50% payını Sinopec şirkətinə (Çin) satıb. Şirkət prezidenti Vahid Ələkbərov aprelin 15-də satış müqaviləsini imzalayıb.
Razılaşmanın dəyəri 1.2 milyard dollar təşkil edir və 2014-cü ilin sonuna qədər sövdələşmənin bitməsi üçün Qazaxıstanın dövlət orqanlarının təsdiqi lazımdır.
Caspian İnvestment “LUKoil” və Sinopec şirkətlərinə bərabər əsasda məxsusdur. Sövdələşmədən sonra Çin şirkəti “Caspian İnvestment”in aktivlərinin 100%-ni birləşdirəcək. Şirkət Qazaxıstnada Şimali Buzaçi, Karakuduk, Arman, Kazakoil-Aktobe layihələrində paya sahibdir. Yataqların ümumi ehtiyatı 160 milyon ton neft ekvivalentidir və indiyə qədər “LUKoil” layihələrə $958 milyon sərmayə yatrırıb.
“LUKoil”un öz payını satmasında əsas rolu “Caspian Investment” şirkətinin müqavilə sahəsindəki yataqlarda neft hasilatının 30% azalmasıdır. Hasilatın stabilləşdirilməsi isə böyük investisiya tələb edir.
“LUKoil” satışdan əldə edilən gəlirləri o cümlədən Xəzər dənizinin Qazaxıstan sektorundakı geoloji kəşfiyyata yönəltmək fikrindədir. Bundan əlavə, 2014-cü ilin aprelində “LUKoil” sürtkü yağlarının istehsalı məqsədilə Almatıda zavod tikinitisi üçün tender elan edəcək.