logo

Total özünün maye qaz strukturunu satır

Views: 29

total33Fransanın enerji qrupu “Total” özünün mayeləşdirilmiş qaz hissəsi olan “TotalGaz”-ı təqribən 750 milyon avroya (1 milyard dollar) satmağı qarşısına məqsəd qoyub. Bu barədə “Les Echos” məlumat verib.

“Total iki bankın mandatını alıb və aprel ayında satışa başlamağı planlaşdırır”, – qəzetdə deyilir.

Qeyd edək ki, “Total”dan məsələ ilə bağlı hələ ki heç kim açıqlama verməyib.

Təxminən 500 işçisi olan və ildə orta hesabla 300 milyon avro gəlir gətirən “TotalGaz” Fransanın mayeləşdirilmiş təbii qaz sahəsində ən böyük beş qrupundan biridir.

“Total” fevral ayında öz səhmlərinin bir hissəsini “Gaz Transport & Technigaz”a (GTT) satıb. Qeyd edək ki, GTT tankerlər üçün tərkibində mayeləşdirilmiş təbii qaz olan izolə edilmiş astarın dünyada bir nömrəli istehsalçısıdır.

 

EUnews

 

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart