2014-cü ilin fevral ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 214 min 335 ton Azərbaycan nefti nəql olunmuşdur. Bu haqda Caspian Barrel-ə SOCAR-dan məlumat veriblər.
Cari ilin 2 ayı ərzində BTC ilə 4 mln 617,78 min ton Azərbaycn nefti nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9% azdır.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il mart ayının 1-ə qədər BTC-yə 239 milyon 934 min 285 ton neft vurulub.
Bundan başqa, cari ilin fevral ayında BTC kəməri ilə 200 min 250 ton Türkmənistan nefti, 251 min 87 ton isə Qazaxıstan nefti nəql olunub.