logo

Böyük Britaniya Azərbaycan iqtisadiyyatının iri investoru olaraq qalır

Views: 50

Britain_flag_1301112014-cü ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların ümumi həcmi 589,8 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə eyni həcmdədir. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

 

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların 91,1 faizi (537,5 milyon manat) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə və Çexiya investorlarının payına düşür.

 

Əvvəlki kimi Böyük Britaniya liderlik mövqeyini qoruyur. Onun xarici investisiyaların ümumi həcmində xüsusi çəkisi 55,9 faiz, investisiyaların özü isə 327,07 milyard manat təşkil edib.

 

ABŞ investisiyaları 75 milyon manat (xüsusi çəkisi 12,7 faiz), Yaponiya – 59,74 milyon manat (10,1 faiz), Norveç – 29,36 milyon manat (5 faiz), Türkiyə – 23,19 milyon manat (3,9 faiz), Çexiya investisiyaları isə 23,13 milyon manat (3,9 faiz) təşkil edib.

 

Beynəlxalq maliyyə institutlarından ən böyük investisiya Dünya Bankı tərəfindən qoyulub (4,3 faiz xüsusi çəki ilə 25,07 milyon manat). Asiya İnkişaf Bankı yanvar-fevral aylarında Azərbaycanda layihələrin reallaşdırılmasına 15,97 milyon manat (2,7 faiz) ayırıb.

 

 

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart