2014-cü ilin yanvar-fevral aylarında Azərbaycanın daxili bazarına 721,1 min ton neft məhsulu tədarük edilib ki, bu da 2013-cü ilin yanvar-fevral aylarının göstəricisindən 6,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Daxili bazara 192,8 min ton avtomobil benzini, 173,6 min ton dizel yanacağı, 71,9 min ton təyyarə yanacağı, 62,9 min ton mazut, 41 min ton neft bitumu, 30,3 min ton maye qaz, 148,6 min ton digər neft məhsulları tədarük olunub.
2014-cü il martın 1-nə ölkənin neft emalı zavodlarının anbarlarında 31,7 min ton avtomobil benzini, 3,5 min ton birbaşa qovulan benzin, 47,2 min ton təyyarə yanacağı, 59,4 min ton dizel yanacağı, 11,2 min ton sürtkü yağı və 6,4 min ton neft bitumu var.