LUKoil şirkətinin prezdenti Vahid Ələkbərov bildirib ki,2016-cı ildə şirkət 100 milyon ton neft hasil etməyi planlaşdırır.
“Ümid edirik ki,martın sonunda “Qərbi Kurna” yatağını istismara verəcəyik. Birinci mərhələdə 10 milyon ton, sonralar isə maksimum isə 90 milyon ton neft hasil edəcəyik. Həmçinin ümid edirik ki, 2016-cı ildə Şimali Xəzər layihəsini – Filanovski yatağını və “İmilorı”ni istismara veriləcək. Bu bizə ildə 100 milyon ton neft hasilanı keçməyə imkan verəcək”, – deyə V.Ələkbərov bildirib.
“Qərbi Kurna” – 2 yatağında LUKoil şirkəti 75%, İraqın North Oil şirkəti isə 25% payı var. Müqavilənin müddəti 25 il, layihə gücü isə gündə 1.2 milyon bareldir (ildə 60 milyon ton).
Filanovski yatağı 2005-ci ildə aşakarlanıb. Çıxarıla bilən ehtiyatlar C1+C2 kateqoriyasına görə 153.1 milyon ton neft, qaz isə 32.2 milyard kub metr təşkil edir.