logo

Dünyada neçə qazma qurğusu var?

Views: 30

burenie3Yanvarda dünyada neft və qaz qazma qurğularının sayı 8 ay dalbadal artaraq 2013-cü ilin fevral ayındakı maksimum həddi ötüb.

Amerikanın servis şirkəti Baker Huges-in apardığı araşdırmalara görə, keçən ay dünyada 3598 qurğu istifadədə olub ki, bu da dekabr ayının ayının göstəricisindən 120, keçən ilin yanvar ayının göstəricisindən isə 59 ədəd çoxdur.

Amerikada qazma qurğularının sayı 2 ədəd azalaraq – 1769 təşkil edib. Kanadada isə onların sayı 132 ədəd artaraq 504-ə çatıb. Beləliklə, Şimali Amerikanın payına dünyada işləyən qazma qurğularının 63%-i düşüb.

Baker Huges-in hesablamaları göstərib ki, Avropada qazma qurğularının sayı dəyişməyib  – 126 ədəd.

Yaxın Şərqadə onların sayı 2 ədəd azalaraq 403, Latın Amerikasında isə 16 ədəd azalaraq 401 ədəd təşkil edib. Asiya-Sakit okeanı regioununda qazma qurğularının sayı 7 ədəd artaraq 256 olub.

Afrikada isə qurğuların sayı 1 ədəd artaraq 139-a çatıb. Nəticədə 2006-cı ildən olan rekord təzələnib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart