SOCAR-ın (ARDNŞ) “Azərikimya” İB gələn ilyanvarın 16-da Etilen-polietilen zavodunun EP-300 qurğusunun modernizasiyası və istismarı üzrə “Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ)” sənədi ilə əlaqədar ictimai dinləmə keçirəcək. Bu barədə şirkətin elanında deyilir.
Məlumata görə, ƏMTQ üzrə dinləmələr Sumqayıt şəhəri, “Azərikimya” İB-nin baş ofisində keçiriləcək.
Dinləmələr zamanı mütəxəssislər tərəfindən layihənin texniki göstəriciləri, Etilen-polietilen zavodunda yenidənqurma və modernizasiya layihəsi çərçivəsində quraşdırılacaq avadanlıq və qurğular, layihə ərazisinin ilkin vəziyyəti, flora və fauna, tikinti və istismar dövründə proqnozlaşdırılan potensial təsirlər və onların yumşaldılması tədbirləri, alternativ variantlar, o cümlədən ekoloji monitorinq və ətraf mühitin idarə edilməsi planları barədə görüş iştirakçılarına məlumat veriləcək. Rəy və təkliflər yekun ƏMTQ sənədində nəzərə alınacaq.
Interfax