Fövqəladə Hallar Nazirliyi və SOCAR-ın birgə məlumatı
26 sentyabr 2016-cı il tarixdə “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və açıq fontana çevrilmişdir.
Saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş vermişdir. Dərhal DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyyə etmişlər.
Hazırda aidiyyəti qurumlarla birlikdə açıq fontanın aradan qaldırılması işləri davam etdirilir. Əlavə məlumat veriləcək.