Qazaxıstan Kaşağan yatağında hasilata oktyabrda başlaya bilər

kash-yeniQazaxıstan “Kaşaqan” neft yatağında hasilata bu ilin oktyabr ayında başlaya bilər. “Report”un “Kazinform” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Akmola vilayətinə səfəri zamanı jurnalıstlərə müsahibəsində bildirib.

N.Nazarbayev qeyd edib ki, neftin cari qiyməti, yəni 50 dollar/barel səviyyəsi Qazaxıstanı qane edir: “Gələcəkdə qiymət daha da yüksələ bilər. Buna görə də bu il “Kaşaqan”ı işə salacağıq. Yəqin ki, bu hadisə oktyabrda baş verəcək. Bundan başqa “Tengiz” yatağında işləri genişləndirəcəyik”.

Prezident həmçinin müstəqilliyin 25 illiyinin bayram edilməsi çərçivəsində kənd təsərrüfatı malları istehsalçılarını sosial sferaya diqqət yetirməyə, kəndlərdə yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına kömək etməyə çağırıb.