Dünya bazarlarında “qara qızılın” qiyməti artmaqda davam edir və artıq 1 barelin qiyməti 49 dollar həddini keçərək özünün mövqelərini möhkəmlətməkdədir.
Londonun İCE əmtəə birjasında Bakı vaxtı ilə saat 17:02 radələrində Brent markalı neftin 1 barelinin qiyməti 49 dollara satıldı. Bundan sonra hərraclarda Brent markalı neftin qiyməti yenidən artmaqda davam edib və saat 17:46-da 1 barel üçün 49.43 səviyyəsinə qədər yüksəlib.
Caspian Barrel özünün xəbərlərinə istinadən məlumat verir ki, bununla belə hazırda uzunmüddətli dövr üçün (iyul ayına) hərraclarda brokerlər neftin qiymətinin azalmasına stavka edirlər. Bu göstərici 67 faiz təşkil edir.