Mərkəzi Bank yenidən Neft Fondudan valyuta aldı

Доходы Нефтяного Фонда ежеквартально снижаются, что дальше?

Mərkəzi Bankın kiçik həcmlərdə ARDNF-dan valyuta almasında məqsədi nədir? 

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yenidən hərraclarda valyuta satışı həyata keçirib. 

ARDNF-ın mətbuat xidmətindən Caspian Barrel-ə verilən məlumata görə, Fond tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 32,4 milyon ABŞ dolları məbləğində vəsait 14 banka və 10 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılmışdır.

Qeyd edək ki, həftə əvvəli hərraclarda Neft Fondu Mərkəzi Banka 30 milyon ABŞ dolları həcmində valyuta satmışdı.

Fond bəyan edib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.

Bu yazı Azərbaycan, Materiallar kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir