Türkmənistanın Lebap vilayətinin Atamırat rayonun “Ymamnazar” buraxılış məntəqəsində neft məhsullarının qəbulu,saxlanılması və çatdırılması üçün 540 min ton gücündə olan terminal inşa edilir. Bu barədə Türkmənistanın neft və mineral ehtiyatlar nazirliyi tərəfindən açıqlanan hesabatda deyilir.
Tikinti işləri “Turkmengundogarnebitgurluşuk” tresti tərəfindən aparılır. Məlumatda deyilir ki, bu günə qədər tikinti və quraşdırma işlərinin böyük bir hissəsi uğurla başa çatıb.