İqtisadi əməkdaşlığın inkişafı, qaz sahəsində birgə layihələrin həyata keçirilməsi Aşqabadda keçrilən Türkmənistan-Yaponiya danışıqların əsas mövzusu olub.
Danışıqlar “Türkmənqaz” dövlət konserni ilə “Mitsubishi”,“Chiyoda”, “Sojits”, “Itochu” və “JGC” yapon şirkətlərinin nümayəndələri arasında keçrilib.
Danışıqlar əsasən,”Qalkanış” qaz yatağının üçüncü mərhələsində görüləcək işlər barəsində aparılıb.
Həmçinin qaz-təmizləmə zavodunun tikintisi və layihə çərçivəsində texniki-iqtisadi əsaslanma (TİƏ) müzakirə edilib.
Görüləcək işlər TAPİ (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) magistral gaz boru kəməri ilə birbaşa bağlıdır.